Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

hava nəqliyyatı

Sərnişinlərin, yüklərin və s.-nin hava vasitəsilə daşınmasını təmin edən nəqliyyat növü.

H.N.-nın yüksək sürət, uzun məsafələri dayanmadan qət etmək bacarığı kimi üstün keyfiyyətləri var. H.N.-ndan sərnişin, poçt və tez xarab olan məhsulların daşınmasında daha geniş istifadə edilir. H.N. avia (təyyarələr, aerostatlar), kosmik (peyklər, raketlər) və elektron (hava xətləri, ötürücülər) nəqliyyat sahələrinə ayrılır, yerüstü infrastrukturdan (aeroport, terminallar, dispetçer mərkəzləri, təmir müəssisələri və s.), bilavasitə uçuş aparatlarından, aviaxətlər və hava dəhlizlərindən ibarətdir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti