Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

hərləmək [hərrəməx'] feil

1. Dairəvi şəkildə hərəkət etdirmək; fırlatmaq, dolandırmaq, hərləndirmək, aylandırmaq. □ Çarxı hərləmək.
2. Dalını qabağa, yuxarısını aşağı və ya əksinə çevirmək; döndərmək, dolandırmaq, hərləndirmək, o tərəf-bu tərəfə çevirmək. □ Buruqçu Salman kepkasını hərləyib, ona baxan gənclərə göz gəzdirir.. (S.Rəhimov).
3. Havada fırlatmaq, dolandırmaq, hərləndirmək. □ Qamçını hərləmək.
4. Məcazi mənada: dalısınca düşüb izləmək, axtarmaq. □ Yaranal güclü qoşun götürüb, Nəbini dağlarda hərləməyə başladı. (“Qaçaq Nəbi”).

Həmçinin bax:

frazeologizm: başına ip salıb oynatmaq (hərləmək) frazeologizm: əcəl girləmək (hərləmək) Azərbaycan dilinin izahlı lüğəti