Azərbaycan aşıq poeziyasında, daha çox deyişmələrdə təsadüf edilən şeir növü.
Hərbə-zorbada yumor elementləri üstünlük təşkil edir. Aşıqlar, adətən, deyişmə prosesində rəqib qarşısında öz üstünlüyünü göstərmək məqsədilə hərbə-zorbaya müraciət edirlər. Daha çox qoşma formasında yaradılır; məs.:
İstəmirəm sənə dəyəm, dolaşam,
Bağırsam, qulağın kar olar onda!
Әlindən alaram telli sazını,
Gen dünya başına dar olar onda! (Aşıq Hüseyn Bozalqanlı)
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti