Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

hənd1

Borçalı, Qazax, Oğuz, Şəki, Tovuz

Sahə, əkin sahəsi. □ Gedəx' zəmi həndinə su buraxax; Mən hənd qarao:ulçusuyam (Qazax); Çəltiy həndimiz gənə bildirki yerdədi (Şəki).

hənd2

Daşkəsən, Goranboy

Divar. □ Dühar da deyrəx', hənd də deyrəx' (Daşkəsən); Öyün dört həndi olur (Goranboy).

hənd3

Salyan

Yaxın, ətraf.  İnəg təzə doğub, balasın həndinə qoymur.

Azərbaycan dilinin dialektoloji lüğəti