Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

hıçqırıq [hıçqırıx] isim

1. Səsini içinə alıb ağlarkən boğazdan çıxan qırıq-qırıq səslər; hıçqırtı. □ Qaraş .. bu biri otaqdan Mayanın hıçqırıqlarını eşitdi. (M.İbrahimov).
2. Diafraqmanın əsəbdən sıxılması nəticəsində qırtlaqdan qeyri-ixtiyari olaraq çıxan qırıq səslər; gəyirmə. □ ..son nəfəsini bir hıçqırıqla bəyan edərək söndü. (Y.V.Çəmənzəminli).

Azərbaycan dilinin izahlı lüğəti