Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

geyinmək [geyinməx'] feil

1. Öz-özünü geyindirmək, əyninə, yaxud ayağına bir şey geymək. □ Dan yerinə səda düşəndə Firəngiz geyinib hazırlaşmışdı (B.Bayramov).
2. Bu və ya başqa dəbdə, keyfiyyətdə, növdə paltar geymək. □ Qısa geyinmək. Ipək paltarlar geyinmək.
3. Məcazi mənada: örtülmək, üzərinə pərdə çəkilmək. □ Çöllər yaşıl geyinmişdi.

Həmçinin bax:

frazeologizm: altdan geyinib üstdən qıfıllanmaq frazeologizm: Qurandan don geyinmək Azərbaycan dilinin izahlı lüğəti