Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

gecə [gecə] isim

1. Coğrafiya. Günün günbatandan günçıxana qədər, axşamdan səhərə qədər olan hissəsi. □ Gecə vaxtı. Qədəm basıb bizə gəlsin nagahi; Bir gecə mən onu mehman eylərəm. (M.P.Vaqif).

2. Müəyyən ictimai, siyasi, ədəbi məsələlərə, görkəmli şəxsiyyətlərin xatirəsinə həsr olunmuş axşam yığıncağı; axşam keçirilən müsamirə, konsert. □ Füzuli gecəsi. Gənclər gecəsi.

Həmçinin bax:

jurnalistika: gecə kanalı frazeologizm: gecə gözü frazeologizm: gecə kəsmək frazeologizm: gecə qara, cücə qara frazeologizm: gecəni gündüzə qatmaq frazeologizm: gecənin bir aləmi frazeologizm: gecəyə düşmək frazeologizm: nə gecəsi gecədir, nə gündüzü gündüz frazeologizm: nə gecəsi var, nə gündüzü frazeologizm: Varfolomey gecəsi coğrafiya: bəyaz gecələr coğrafiya: qütb gecəsi Azərbaycan dilinin izahlı lüğəti