1. Ağır-ağır yerimək, o baş-bu başa gəzmək, var-gəl eləmək. □ Dəhlizdə gəzinmək.
2. Gəzmək, dolaşmaq. □ Dağların döşündə gəzinən çoban; Dərdlənib neyini çaldığı zaman. (S.Vurğun).
3. Açıq havada istirahət və vaxt keçirmək məqsədilə gəzmək, gəzinmək. □ Sahildə gəzinmək.
4. Məcazi mənada: bir şeyin əlamətləri görünmək, zahir olmaq, nəzərə çarpmaq. □ Bəxtiyarın tərdən işıldayan yanağında bir sevinc gəzindi. (M.Hüseyn).