Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

götürülmək1 [götürülməx'] feil

1. Ələ alınaraq. □ Çamadan götürüldü.
2. Dəfn etmək üçün qaldırılmaq (cənazə haqqında). □ Cənazə saat 1-də götürüldü.
3. Özü ilə bərabər, yanınca aparılmaq. □ Uşaq kəndə götürüldü.
4. Qəbul olunmaq, daxil edilmək. □ İşə götürülmək.
5. Əldə edilmək, məhsul alınmaq. □ Bol taxıl götürüldü.
6. Ləğv edilmək, qaldırılmaq. □ Qadağan saatı götürüldü.
7. Çıxarılmaq (baş geyimləri haqqında). □ Papaqlar götürülür.
8. Əxz edilmək, alınmaz. □ Söz dialektdən götürülmüşdür.
9. Yox olmaq, aradan çıxmaq. □ Oğurluq, quldurluq tamamilə götürüldü. (N.Nərimanov).

götürülmək2 [götürülməx'] feil

Birdən, gözlənilmədən, yerindən qaçmağa başlamaq; birdən qaçmaq. □ Uşaq götürüldü.

Həmçinin bax:

frazeologizm: çiynindən dağ götürülmək frazeologizm: xəmirləri bir torpaqdan götürülmək (yoğrulmaq) frazeologizm: torpağı bir yerdən götürülmək frazeologizm: üstündən ağır yük (dağ) götürülmək Azərbaycan dilinin izahlı lüğəti