Reklam
Reklam

Tarix terminləri lüğəti

fraksiya

lat. fractio – xırdalanma, parçalanma

1. İlkin mənasında peşə, sex maraqları əsasında birləşmiş insanlar qrupu.

2. Hər hansı siyasi partiyanın daxilində təşkilatın əsas xəttindən fərqlənən siyasi platformaya malik olan qrup.

3. Parlamentdə və ya ictimai təşkilatlarda öz siyasi xəttini gerçəkləşdirmək məqsədilə birləşmiş deputatlar, nümayəndələr qrupu.

Parlament F.-sına bir və ya bir neçə partiyanı təmsil edən deputatlar daxil ola bilərlər. Belə F.-ların yaradılması qaydaları müxtəlif ölkələrdə fərqlidir və konstitusiya, xüsusi qanun, yaxud parlamentin reqlamenti ilə tənzimlənir. Azərbaycan Milli Məclisinin daxili nizamnaməsinə görə, F. kimi fəaliyyət göstərmək üçün deputatların ən azı 1/5 hissəsinin, yəni 25 deputatın iştirakı tələb olunur.

Tarix terminləri lüğəti