İşin naməlum subyekt tərəfindən icra edildiyini bildirən feil növü.
Məchul növ feillər təsirli feillərə -ıl4, -ın4 (-n) şəkilçilərini artırmaqla düzəlir; məs.: Çadır qur+ul+du. İş gör+ül+dü. Zəng çal+ın+dı. Kitab oxu+n+du. Məchul növ feillər təsirsiz olur; məs.: Ağac əkildi. Qapı döyüldü. Məchul növ feillər də qayıdış növ feillər kimi -ıl4, -ın4 (-n) şəkilçiləri ilə düzəldiyi üçün ona oxşayır. Məchul növdən fərqli olaraq qayıdış növdə iş görən məlum olur; məs.: Yun darandı (məchul növ). Qız darandı (qayıdış növ). Top meydana atıldı (məchul növ). Əsgər irəli atıldı (qayıdış növ).
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti