Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

fon [fon] isim fransız

1. Üzərində şəkil çəkilən, naxış salınan əsas rəng; zəmin, ton. □ Açıq fon.

2. Üzərində naxış salınan şey; yer (parça, xalça və s. haqqında). □ Xalçanın göy fonu.

3. Məcazi mənada: bir şeyin, hadisənin cərəyan etdiyi əsas şərait, mühit, vəziyyət, imkan. □ Dramatik konflikt müəyyən dərəcədə dövrün ziddiyyətləri fonunda inkişaf etdiyindən sərtdir, kəskindir. (M.İbrahimov).
Qeyd: ...fon. Bəzi mürəkkəb sözlərin “səs, səslənmə” mənasını verən yunan mənşəli ikinci tərkib hissəsi; məs.: meqafon, saksofon, telefon, diktofon və s.

Həmçinin bax:

jurnalistika: səs fonu coğrafiya: radiasiya fonu Azərbaycan dilinin izahlı lüğəti