fr. ètat – dövlət
Dövləti ictimai inkişafın ali məqsədi və nəticəsi olaraq qiymətləndirən siyasi dünyagörüşü və ideologiya.
E. dövləti bütün digər qurumların fövqündə görür, onun cəmiyyətdəki rolunu mütləqləşdirir, ayrı-ayrı fərdlərin və qrupların maraqlarının maksimum dərəcədə dövlətin maraqlarına tabe etdirilməsini vacib sayır. Bu termini ədəbiyyata XIX əsrin sonunda isveçrəli dövlət xadimi N.Dro gətirib. Dövlət kapitalizminin təzahür formalarından biri olan E. Türkiyə Cümhuriyyətinin ilk dövrlərində rəsmi siyasətin təməl prinsipləri sırasına daxil edilib. Hələ 1922-ci ildə strateji əhəmiyyətli müəssisə və idarələri dövlətləşdirməyi təklif edən Mustafa Kamal Atatürk 1931-ci ildə həmin prinsipin hakim Cümhuriyyət Xalq Partiyasının proqramına salınmasına nail olub. Ölkənin rəsmi iqtisadi doktrinası kimi E. Türkiyə Cümhuriyyətinin 1937-ci il konstitusiyasında da əksini tapıb.
Həmçinin bax:
Tarix terminləri lüğəti