yun. epigraphe – yazı
Əsərin və ya onun hissələrinin əvvəlində başlıqdan sonra yazılan, adətən, aforistik xarakter daşıyan cümlə(lər).
Epiqraf müəllifin özünə və ya digər söz ustalarına aid ola bilər. Epiqraf ifadə etdiyi məna baxımından oxucunun diqqətini əvvəlcədən əsərin ümumi məzmun və ideyasına yönəldir. Mir Cəlalın “Bir gəncin manifesti” romanında ayrı-ayrı hissələrdə müxtəlif sənətkarlardan epiqraflar verilib; məs.: “Təhqir” adlı I hissədə: Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələr isə hərəsi bir cür bədbəxtdir (L.Tolstoy). Epiqraf ithaf şəklində də ola bilər. Məsələn, Mirzə Cəlilin “Qurbanəli bəy” hekayəsi “Qoqol, Allah sənə rəhmət eləsin” epiqrafı ilə başlayır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti