Reklam
Reklam

Tarix terminləri lüğəti

epikantus

yun. epicanthus < epi – üzərində, üstündə + kanthos – gözün küncü

Gözün daxili hissəsinin küncünü örtən xüsusi dəri qat, monqoloid irqinin ən səciyyəvi xüsusiyyətlərindən biri.

E. gözü küləkdən, tozdan, eləcə də qarlı ərazilərdə günəş radiasiyasının zərərli təsirindən qoruyur. Əsasən, səhralarda, çöl zonalarında və şimal bölgələrdə məskunlaşmış monqoloid irqinə məsub insanlar üçün E.-un böyük əhəmiyyəti var. Digər irqlərin nümayəndələrində E.-a nadir hallarda rast gəlinir.

Tarix terminləri lüğəti