1. Yuxarıdan və ya bir şeyin üstündən aşağı düşmək. □ Dağdan enmək. Zirzəmiyə enmək. Qismət göydən zənbil ilə enməz. (Atalar sözü).
2. Azalmaq, alçalmaq, düşmək. □ Azərbaycanda cari ildə internet qiymətləri bir xeyli endi. Havanın temperaturu endi.
3. Torpağa, yerə oturmaq, yerə düşmək. □ Paraşütçülərdən biri Kamalın durduğu təpədən 2-3 yüz addım aralı, məxmər otların üzərinə endi. (M.Rzaquluzadə).
4. Çevrilmək, ...halını almaq. □ Çəpiklər çırtığa enmişdi; bunun da səsi eşidilmirdi. (Y.V.Çəmənzəminli).
5. Çökmək, basmaq, çulğalamaq. □ Sakit Azərbaycan kəndi üzərinə bir yaz axşamı enirdi. (Ə.Məmmədxanlı).
6. Məcazi mənada: azaltmaq, aşağı salmaq. □ ..Görəsən, şişbığ cəvahiratın qiymətindən bircə pillə enərmi? (S.Rəhimov).
7. Dəymək, zərbə hiss etmək. □ Başına bir yumruq endi.
8. Məcazi mənada: baş əymək, tabe olmaq, ...qabağında əyilmək. □ Nəbiyəm, enmərəm sultana, xana; Düşmənin tənəsi kar etməz cana; Boz atı oynadıb girrəm meydana. ("Qaçaq Nəbi").
Həmçinin bax: