Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ehtiyatlı [ehtiyatdı] sifət

1. Öz hərəkətlərində, işində ehtiyat gözləyən, meydana çıxa biləcək hər bir ehtimala qarşı lazımi tədbir görən. Ehtiyatlı işçi. Ehtiyatlı oğulun anası ağlamaz. (Atalar sözü).
2. Zərf kimi: ehmallı, üsullu, ehtiyatla. Qoy bizə gülməsin nə dost, nə də yad; Ehtiyatlı danış, ehtiyatlı dur! (S.Vurğun).
3. Tədarüklü, gələcək üçün ehtiyat saxlayan, tədarük edib saxlayan. Ehtiyatlı qadın. Ehtiyatlı ev.

Azərbaycan dilinin izahlı lüğəti