Müstəmləkəçilik dövründə Hindistanda ingilislərin duz hasilatı və satışı üzərində inhisarına qarşı vətəndaş itaətsizliyi aksiyası, satyaqraxa (müstəqillik uğrunda qeyri-zorakı yolla mübarizə) taktikasının bir epizodu.
Duz inhisarına etiraz bildirmək üçün 1930-cu il martın 12-də Əhmədabad yaxınlığından yürüşə başlayan M.Qandi və onun 79 yaxın silahdaşı piyada uzun yol qət ediblər və həmin il aprelin 5-də Ərəbistan dənizi sahilindəki Dandi kəndinə çatıblar. Həmin yürüşdə Qandi və silahdaşlarını minlərlə kəndli müşayiət edib. Dəniz sahilində D.Y.-nün iştirakçıları buxarlanma üsulu ilə sudan duz almağa başlayıblar və nümayişkaranə şəkildə buna görə vergi ödəməyiblər. Daha sonra yürüş iştirakçıları sahil boyunca cənuba doğru irəliləyiblər, Hindistanın əsas duz istehsalı mərkəzlərindən birində aksiya keçirməyi planlaşdırıblar. Lakin 1930-cu il mayın 4-dən 5-nə keçən gecə Qandinin həbsi bu planı pozub. Dünya mətbuatında böyük əks-səda doğurmuş, bir il davam edən D.Y. Qandinin azad olunması ilə bitib. Yürüş zamanı 80 mindən çox hindistanlı ingilislər tərəfindən həbsə atılıb.
Həmçinin bax:
Tarix terminləri lüğəti