Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

durulmaq [durulmax] feil

1. Duru olmaq, duru hala gəlmək, saf və təmiz hala düşmək. □ Araz buruldu, getdi; Suyu duruldu, getdi; Mən dedim, yar incidi; Demə yoruldu, getdi. (Bayatı).
2. Axıcı hala düşmək, sıyıqlaşmaq. □ Bəkməz isinəndə durulur. Mum əriyəndə durulur.
3. Məcazi mənada: aydınlaşmaq, açılmaq. □ Dünənki bərk qardan sonra gün çıxmış, hava durulmuşdu. (Mir Cəlal).
4. Məcazi mənada: açılışmaq, halı yaxşılaşmaq, rəngi açılmaq. □ Gəl əyləş, mey içək, keflər durulsun; Koroğlu çağırır dövrana səni. (“Koroğlu”).

Həmçinin bax:

frazeologizm: çox sular durulub frazeologizm: nəşəsi durulmaq Azərbaycan dilinin izahlı lüğəti