1. Soyuğun, şaxtanın təsirindən, şiddətindən buza çevrilmək, buz halına gəlmək; buzla örtülmək. □ Su dondu. Çaylar donmuşdur. Göl donmuşdur. Pəncərələr donub.
2. Dondan, şaxtadan məhv olmaq, tələf olmaq, xarab olmaq, don vurmaq. □ Quşlar şaxtadan donmuşdur. Az qala donmuşdum.
3. Bərk üşümək, bədəni soyuqdan keyləşmək. □ Sərnişinlər maşında soyuqdan donurdular.
4. Maye halından bərk hala keçmək; qatılaşmaq. □ Ərimiş mum 25 dərəcə istidə donur.
5. Məcazi mənada: hər hansı bir hiss və ya təəssüratın təsiri ilə bir anlıq sərbəst hərəkət qabiliyyətini itirmək. □ Ayını görəndə qorxusundan dondu.
Həmçinin bax: