Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

doğramaq [doğramax] feil

1. Doğrayıcı, kəsici alətlə bir şeyi xırda-xırda kəsmək, parça-parça kəsmək; parçalayıb, sındırıb kiçik-kiçik hissələrə ayırmaq. □ Odun doğramaq. Qənd doğramaq.
2. Bir boyda, bir ölçüdə kəsmək. □ Aslanov hələ çörək doğramamış, şorbadan bir-iki qaşıq içib dadına baxdı. (M.Hüseyn).
3. Məcazi mənada: para-para etmək. □ Doğrayacaq səsim dağda dumanı; Dinləyəcək məni dağın çobanı. (Ə.Cavad).
4. Bölmələrə, arakəsmələrə ayırmaq. □ Taxtanı bölmələrə doğramaq.
5. Məcazi mənada: laf vurmaq, yalandan vədə vermək.

Həmçinin bax:

frazeologizm: əriştə kəsmək (doğramaq) frazeologizm: kefinə soğan doğramaq Azərbaycan dilinin izahlı lüğəti