Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

didmək [didməx'] feil

1. Yun, pambıq və s.-ni xırda hissələrə ayırmaq, lif-lif ayırmaq, tel-tel ayırmaq. □ Səlimnaz arvad təzə yorğan salmaq üçün yun didirdi. (M.Hüseyn).
2. Dimdiyi ilə parça-parça etmək, qoparmaq, dağıtmaq, ovub çıxarmaq (quşlar haqqında). □ Dilin olmasa, gözünü qarğalar didər. (Atalar sözü).
3. Dırnağı, dişi və s. ilə parça-parça etmək, tikə-tikə etmək, doğrayıb tökmək. □ O, əlindəki bir parça kağızı dişi ilə didib vaqona püfləyirdi. (M.S.Ordubadi).
4. Məcazi mənada: ruhi əzab vermək, iztirab vermək, incitmək; xırpalamaq. □ Hərəniz bir tərəfdən soxulub cəmdəyimi didirsiniz. (S.S.Axundov).
5. Cırmaqlamaq, saçlarını yolmaq. □ Gülüş iti dırnaqları ilə Məmişin üz-gözünü didməyə başladı. (S.Rəhimov).

Həmçinin bax:

frazeologizm: bir-birini didmək frazeologizm: ətini didmək (yemək) frazeologizm: tükünü didmək Azərbaycan dilinin izahlı lüğəti