Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

dişləmək [dişdəməx'] feil

1. Dişləri arasında sıxmaq, dişlərini batırmaq. □ Cavan ana öz körpəsinin toppuş ayaqlarını birdən dişləyir, uşaq qıdıqlanıb gülürdü... (S.Rəhimov).
2. Dişləri ilə sıxıb qopartmaq, kəsmək. □ Armudu dişləmək. Çörəkdən bir tikə dişləmək.
3. Yemək mənasında. □ İşləməyən dişləməz. (Atalar sözü).
4. Sancmaq, dalamaq. □ Gicitkən dişləyir.

Həmçinin bax:

frazeologizm: barmağını dişləmək frazeologizm: dilini dişləmək frazeologizm: dodağını dişləmək Azərbaycan dilinin izahlı lüğəti