1. Dayaq etmək, dayamaq, söykənmək; dirənmək, lap yanaşmaq. □ Nənə əlini yumruqlayıb masaya dayandı. (S.Rəhimov). Maşın qapıya dayandı.
2. Rast gəlmək, rastlaşmaq. □ ...işimiz çox çətin yerə dayandı... (C.Məmmədquluzadə).
1. Hərəkətsiz hala düşmək; hərəkətini, işini saxlamaq; kəsilmək, qurtarmaq, ara vermək. □ Qazma borusunun yoxluğu üzündən buruqda işlər dayandı. (M.Hüseyn). Yağış dayandı.
2. Fəaliyyətdən qalmaq, daha fəaliyyət göstərməmək, fəaliyyətini kəsmək. □ ...“Şərqi-Rus” qəzeti müvəqqəti olaraq dayanıbdır. (C.Məmmədquluzadə).
3. Bir yerdə qərar tapmaq, gəlib bir yerdə durmaq, daha irəli hərəkət etməmək. □ Maşın bir dövrə vurub dayandı. (Mir Cəlal).
4. Ayaq üstə durmaq; durmaq, çəkmək. □ Kişi küçənin ortasında dayanmışdır. Növbədə dayanmaq.
5. Dözmək, tab gətirmək, davam gətirmək, qatlaşmaq. □ Hər gunə əziyyətə dayandıq. (C.Cabbarlı).
6. Səbat göstərmək, üstündə durmaq, israr etmək. □ Sözünün üstündə dayanmaq.
7. Bir şey haqqında müfəssəl danışmaq. □ ...Mən də bu sözün üstə çox dayanıb uzun-uzadı danışmaq istəmirəm. (C.Məmmədquluzadə).
8. Səbir etmək, gözləmək, toxtamaq, duruş gətirmək. □ Bir qədər dayanmaq lazımdır. (M.Ə.Sabir).
9. Qalxmaq, yüksəlmək (adətən “ərşə”, “göyə” sözləri ilə). □ Fərraşların küçələrdə... səsi hər dəqiqədə ərşə dayandı. (M.F.Axundzadə).
Həmçinin bax: