Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

dayandırmaq [dayandırmax] feil

1. Dayanmağa, durmağa məcbur etmək, ayaq üstə saxlamaq. □ Vahidin özünü də ...qapı ağzında xeyli dayandırdılar... (Mir Cəlal).
2. Bir şeyin hərəkətini, gedişini, inkişafını müvəqqəti və ya həmişəlik saxlamaq; əyləmək, gedərkən saxlamaq, durdurmaq. □ Zavodun işini dayandırmaq. Qatarı dayandırmaq. Avtobusu dayandırmaq.
3. Bir işi daha görməmək, nəhayət vermək, davam etdirməmək, kəsmək. □ Müzakirələri dayandırmaq. Danışıqları müvəqqəti dayandırmaq.
4. Kəsmək, tamam azaltmaq. □ Diş ağrısını dayandırmaq.
5. Sözünü kəsmək, danışığını davam etdirməyə qoymamaq. □ Danışanı dayandırmaq yaxşı deyil.

Azərbaycan dilinin izahlı lüğəti