1. Uşağa baxan, uşağa qulluq edən qadın; mürəbbiyə; özgə uşaqlarına öz südünü verib bəsləyən qadın. □ O zaman dayə, Əli ilə bərabər gəzməyə getmək istəyirdi. (İ.Musabəyov).
2. Məcazi mənada: tərbiyəçi, tərbiyə edib yetişdirən. □ Dayəm idi bu dərə, dağlar mənim; Oynağım olmuş idi bağlar mənim. (A.Şaiq).
3. Öz balasından əlavə başqa bir balaya da süd verən doğmuş heyvan.
4. Xəstəxanalarda xəstələrə qulluq edən qadın.
5. Məcazi mənada: baxıcı, xidmətçi. □ ...Dayənin xoş sözü, nəvazişi də; Körpə ürəkləri isidə bilməz. (B.Vahabzadə).