1. Bir şeyi əli və ya başqa şeylə tutub özünə tərəf və ya kənara çəkmək; qapıb almaq. □ Həkim qolumdan tutub dartdı... (Mir Cəlal). Əlindən kitabı dartmaq.
2. Zorla çəkmək, özü ilə aparmağa çalışmaq. □ Pişiyi dartıb evdən çıxardı.
3. Gərmək, tarım çəkmək. □ Yayı dartmaq. İpi dartmaq.
4. Yuxarıya doğru çəkmək. □ Yasavul təəccüblə çiyinlərini dartdı. (S.Rəhimov).
5. Nasos və s. vasitəsilə çəkmək, dartıb çıxarmaq. □ Quyulardan neft dartan dərin tulumbaların yeknəsəq səsləri eşidilirdi. (S.Hüseyn).
6. Məcazi mənada: “özünü” sözü ilə – lovğa vəziyyət almaq, təşəxxüslənmək, özünü çəkmək. □ Müqim bəy hiyləgərcəsinə özünü dartıb daha da ciddiləşdi. (S.Rəhimov).
See also: