Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

daralmaq [daralmax] feil 

1. Dar hala düşmək, darlaşmaq, dar olmaq, enliliyi azalmaq; sıxılmaq, sıxlaşmaq, yığılmaq, kiçilmək. □ Yol daralır. Ayaqqabılar daralmışdır.
2. Tükənmək. □ Səbri daralıb.
3. Təngişmək, sıxılmaq, təng olmaq. □ ...daralmış köksünə sığmayan qəlbi az qala partlayırdı. (A.Şaiq).
4. Məcazi mənada: qurtarmaq üzrə olmaq; məhdudlaşmaq, qısalmaq. □ ...Sonra gecikərik, gün də daralır. (S.Vurğun).
5. Acığı tutmaq, hirslənmək, hiddətlənmək, hövsələdən çıxmaq.
6. Ürəyi sıxılmaq, kədərlənmək, məyus olmaq, incimək. □ Nə əmrə daralmış, nə küskünəm mən; Həyatın həvəsi qalxır sinəmdən. (R.Rza).

Həmçinin bax:

frazeologizm: hövsələsi daralmaq frazeologizm: qursağı daralmaq frazeologizm: meydanı daralmaq Azərbaycan dilinin izahlı lüğəti