Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

daşdamax1

Hamamlı, Şuşa

Taxılı (dəni) xırda daşlardan təmizləmək. □ Buğdanı daşdıyın, dəyirmana göndərəx' (Şuşa); Büyün taxıl daşdamağa gedəjəm; Qoy bu taxılı Höysənnən daşdıyım, sonra gedərix' (Hamamlı).

daşdamax2

Qarakilsə

Toplamaq, taxılı bir yerə yığmaq. □ Xərməndə taxılı daşdıyırdım, o gəldi.

daşdamax3

Gəncə

Suyun istiqamətini deyişmək üçün qarşısını daşla kəsmək. □ Bizim qajı kimsə daşdıyıf.

daşdamax4

Gəncə

Vəlin (alət) düşmüş daşlarının yerinə daş qoymaq. □ Vəlləri daşdamax lazımdı.

Azərbaycan dilinin dialektoloji lüğəti