Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

dəsgah [dəsgah] isim fars

1. Cah-calal, həşəmət, dəbdəbə, təntənə, büsat, böyük şənlik. □ Varlı yoxsullaşanda əlli il dəsgahını pozmaz. (Atalar sözü).
2. Bəzən kinayə, istehza ilə. □ Görmürsən avtomobili, dəsgahı? (C.Cabbarlı).
3. Məcazi mənada: böyük işlər, təşəbbüs, qeyri-adi mənzərə, əla düzəldilmiş iş. □ Mingəçevirdə bir dəsgah başlanıb ki, selin-suyun gücü düz-dünyaya işıq və qüvvət verəcək. (M.Rzaquluzadə).
4. Məcazi mənada: bir işin təşkili üçün lazım olan şeylərin, vasitələrin və s.-nin məcmusu. □ Çay və xörək dəsgahı.
5. Məcazi mənada: qurğu, kələk, tədbir. □ Bu zaman Rəhim başa düşərdi ki, bütün bu dəsgahlar bunun üçünmüş. (H.Sarabski).
6. Musiqi. Azərbaycan xalq musiqisində irihəcmli muğam, musiqi kompleksi. □ Böyük salonda segah dəsgahı qurtardı, oyun havası çalınmağa başlandı. (S.Rəhman).

Azərbaycan dilinin izahlı lüğəti