1. Dirilmək, dirçəlmək; özünə gəlmək, ayılmaq. □ Canlanır yenidən sönən bir həyat; Nə gözəl yaraşır sizə ağ xalat! (S.Vurğun).
2. Məcazi mənada: daha fəal, daha sürətli, daha canlı getmək, fəallaşmaq. □ Şirzad katibin gəlməsilə işlərin canlanacağını güman edib sevinirdi. (M.İbrahimov).
3. Məcazi mənada: hafizədə, xəyalda bərpa olmaq, təcəssüm etmək, yada düşmək; canlı bir şey kim görünmək. □ Yeddi il əvvəl... keçirdiyim saatlar tamamilə xəyalımda canlanmışdı. (S.Hüseyn).
4. Məcazi mənada: oyanmaq, dirçəlmək, cana gəlmək. □ Qış qurtarır, yer canlanır; Baharın xoş nəfəsilə. (B.Vahabzadə).
Həmçinin bax: