Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

cana

Ağdaş, Bərdə, Gəncə, Göyçay, İmişli, İsmayıllı, Kürdəmir, Qax, Mingəçevir, Oğuz, Şəki, Zərdab

Pis; yararsız, mənasız.  Havalar çox cana keçir (Ağdaş); Parpız cana şeydi (Bərdə); Elə cana yazı yazırsan ki, adam oxuya bilmir (Zərdab); Naxoşun halı canadı (İsmayıllı); Cana şeydi, yarıyan şey döyül (Oğuz); O, cana adam dö:l, sən o:n dərdin bilmirsən (İsmayıllı); Sözün var söz danış, cana danışma (Gəncə); Çəkəlməzsən <çəkə bilməzsən>, dəgirman yap cana işdiyir (İmişli).

Azərbaycan dilinin dialektoloji lüğəti