ər. cədidiyyə – yenilikçi < cədid – yeni, təzə
XIX əsrin sonu – XX əsrin əvvəlində Rusiya imperiyasının müsəlman (əsasən, türk) xalqları arasında geniş yayılmış ictimai-siyasi və maarifçilik hərəkatı.
XIX əsrin 80-ci illərində Krım, Volqaboyunda və Azərbaycanda, 90-cı illərdə isə Orta Asiyada geniş vüsət almış C. köhnə müsəlman təhsil sistemində köklü islahatların həyata keçirilməsi, dünyəvi fənlərin tədrisi, təhsilin milli dildə aparılması, elmi nailiyyətlərdən istifadə olunması, qadınlara kişilərlə bərabər hüquqların verilməsi kimi yenilikçi ideyalar irəli sürüb. 1905–1907-ci illər inqilabı dövründə Rusiyada fəaliyyət göstərmiş “İttifaqi-müslimin” partiyasının özəyini də cədidçilər təşkil edib. C.-ə əks mövqedə duranların fikirləri qadimizm cərəyanında öz əksini tapıb.
Tarix terminləri lüğəti