Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

birbaşa efir

Radio və ya televiziya yayı­mının hadisənin baş verdiyi anda həyata keçirilməsi üsulu.

B.E. studiyadan və stu­diyadankənar – olayın baş verdiyi məkan­dan həyata keçirilə bilər. Adətən, çox böyük marağa, qlobal təsirə malik təd­birlərdən reportajlar, yüksək dərəcədə ­operativ xə­bərlər auditoriyaya B.E. vasi­təsilə çat­dırılır, bununla tamaşaçıda və din­ləyicidə iştirak effekti yaradılır. B.E.-in daha bir özəlliyi ötürülən məlumatların redak­təsinin qeyri-mümkünlüyüdür.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti