yun. bios – həyat + yun. genes – mənşə + lat. elementum – başlanğıc, ilkin maddə
1. Orqanizmlərin əsas kütləsini təşkil edən, onların tərkibində həyat üçün zəruri bioloji funksiyalar yerinə yetirən kimyəvi elementlər.
Əsas B.E.-ə oksigen (canlı orqanizm kütləsinin 70%-ni təşkil edir), karbon (18%), hidrogen (10%), kalsium, azot, kalium, fosfor, maqnezium, kükürd, xlor, natrium, dəmir aiddir. Orqanizmdə bu və ya digər B.E.-in çatışmazlığı müxtəlif xəstəliklərin baş verməsinə səbəb olur.
2. Ölmüş orqanizmlərin çürüməsi nəticəsində yaranan maddələr.
Coğrafiya terminləri lüğəti