1. Başını aşağı dikmiş halda, başını aşağı salmış halda. □ Sərdar evlərinin qabağında bir daxmaya girib, səhərdən axşama kimi başıaşağı iynə vurmaqdadır. (C.Məmmədquluzadə).
2. Tərsinə dönmüş, baş tərəfi aşağıya çevrilmiş. □ Stəkanı başıaşağı qoymaq. Başıaşağı durmaq.
3. Getdikcə aşağıya tərəf; mayili, eniş, yuxarıdan aşağı. □ Başıaşağı gedən yol. Dağdan başıaşağı enmək.
4. Çayda suyun axıb getdiyi tərəfə. □ Çayla başıaşağı üzdüm.
5. Sifət kimi məcazi mənada: sakit, dinc, fağır, heç kəslə işi olmayan, ancaq öz işi ilə məşğul olan. □ Başıaşağı adam.