Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

bəlgə

1. Oğlan tərəfindən qız evinə göndərilən birinci nişan – üzük və örpək.

2. Məcazi mənada: bəhanə, səbəb, dəlil, tutarğa.

3. Vuruş zamanı qola sarılan şey.

Qurbani der: bu dərdləri biləsiz,

Qohum-qardaş yığılasız, gələsiz,

Adna axşamında bəlgə qoyasız,

Kəsilə qovğası, qalı qızların.

                                     (“Qurbani”)

                       *

Pünhan yanına getdiyim,

Üzdən busə götürdüyüm,

Şanasın bəlgə getdiyim,

Yarımdan xəbərin varmı?

               (“Abdulla və Cahan”)

Dastanda nişanə, yadigar mənasında da işlənir:

Cahan xanım özü də Abdullanın darağını götürdü. Çoban işi belə görəndə çomağı çəkib, çuxasını bəlgə elədi. (“Abbas və Gülgəz”)

Azərbaycan dastanlarının leksikası