1. İtkin salmaq, evdən uzaqlaşdırmaq, rədd etmək. □ İti azdırmaq. Pişiyi azdırmaq.
2. Düz yoldan çıxarmaq, yanlış istiqamətə yönəltmək, pis yola sövq etmək. □ Atalar doğru deyiblər ki, dövlət adamı azdırar (İ.Musabəyov).
3. Məcazi mənada: qəsdən sapdırmaq, fikrini yayındırmaq, çaşdırmaq. □ Yenə bir para ata-analarına lənət olmuşlar başlayıblar millətimizi çaşdırmağa, azdırmağa (C.Məmmədquluzadə).
4. Başqa tərəfə, başqa istiqamətə çevirmək, yönəltmək. □ Əbəs göstərmə sən məscid təriqin Seyyidə, zahid; Onu azdırmaq olmaz bir dəxi meyxanə rahindən (S.Ə.Şirvani).
5. Məcazi mənada: arzu edilməyən bir şəxsdən yaxa qurtarmaq üçün onu cürbəcür vasitələrlə özündən uzaqlaşdırmaq. □ Hərifi azdır getsin, qulağımızı apardı.
6. Korlanmaq, pis öyrətmək, ərköyün öyrətmək,qudurtmaq. □ Uşağı azdırmışsınız, sözə də baxmır.
7. Bir sıra isimlərə qoşularaq müxtəlif ifadələr və mürəkkəb fellər düzəldilir. □ Ağlını azdırmaq. Danışığını azdırmaq. İz azdırmaq.
Həmçinin bax: