yun. autos – özü + kratos – hakimiyyət
Ali hakimiyyətin qeyri-məhdud və nəzarətsiz olaraq bir şəxsə mənsub olduğu dövlət idarəçiliyi forması, mütləqiyyət.
Qədim Şərqin despotik monarxiyaları, ayrı-ayrı qədim yunan şəhərlərində müstəbidlərin idarəçiliyi, Roma və Bizans imperiyaları, yeni dövrün mütləq monarxiyaları A.-nın formaları hesab oluna bilər. Müasir ədəbiyyatda hər hansı ölkə rəhbərinin bütün nümayəndəli orqanların nəzarətindən kənar ali hakimiyyəti ilə xarakterizə olunan siyasi rejimlərə də A. deyilir.
Həmçinin bax:
Tarix terminləri lüğəti