1. Səlcuq sultanları vəliəhdlərinin tərbiyəçisi.
Səlcuqilər dövründə meydana gəlmiş A. adını daşıyan ilk şəxs sultan Alp Arslanın vəziri Nizamülmülk olub. Alp Arslan onu oğlu Məlikşaha tərbiyəçi təyin edib və A. adlandırıb. Böyük Səlcuqilər dövründə A. yüksək vəzifə və titul sayılırdı. A.-lər, bir qayda olaraq, ən nüfuzlu əmirlər arasından seçilib.
2. Səlcuqilər sülaləsinin süqutundan sonra imperiyanın ayrı-ayrı vilayətlərinə rəhbərlik edən şəxslərə verilən və irsən keçən titul, vəzifə.
Tarixdə Azərbaycan A.-ləri, Mosul və Hələb A.-ləri, Suriya A.-ləri və b. mövcud olub.
Tarix terminləri lüğəti