Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

astronomiya

yun. astron – ulduz, göy cismi + yun. nomos – qanun

Səma cisimlərinin mənşəyi, quruluşu, hərəkəti və inkişafı, bütövlükdə kainat haqqında elmlərin məcmusu.

A-ya sferik A., praktik A., astrofizika, səma mexanikası, ulduz A.-sı, kosmologiya, kosmoqoniya kimi bir sıra elm sahələri daxildir. A. eramızdan çox-çox əvvəl yaranmış və Çin, Misir və Yunanıstanda inkişaf etmiş ən qədim elmlərdəndir.

Coğrafiya terminləri lüğəti