Şimal yarımkürəsində Arktika qurşağının xarakterik iqlimi.
A.İ., əsasən, Şimal Buzlu okeanı sahilində yerləşən ərazilərdə (Rusiya və Kanadanın şimalı, Alyaska ştatı (ABŞ) və s.) müşahidə olunur. Belə iqlim şəraitində yanvar ayının orta temperaturu -30-40°C təşkil edir, iyulun orta temperaturu Qrenlandiya buzlaqları istisna olmaqla, demək olar, heç yerdə 0°C-dən aşağı düşmür. Bu, Atlantik okeanının isti cərəyanları hesabına baş verir. Orta illik yağıntılar 100-400 mm arasındadır və adətən, qardan ibarətdir. Zonanın Atlantik okeanına yaxın adalarında (Qrenlandiya, Şpitsbergen və s.) böyük və qalın buzlaqlar mövcuddur. Burada ilboyu Avrasiya, Şimali Amerika və onlara yaxın sahələrin iqliminə təsir edən hava kütlələri yaranır.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti