lat. agros – tarla, əkin yeri + lat. complexus – əlaqə, uyğunlaşma
Kənd təsərrüfatı məhsulunun istehsalı, emalı üzrə bir-biri ilə əlaqədar olan aqrar sahələrin və sənaye sektorlarının cəmi.
A.S.K.-nə kənd təsərrüfatı məhsullarının tədarükünü, saxlanılmasını həyata keçirən, həmçinin onların emalı ilə məşğul olan (meşə sənayesi, yeyinti sənayesi, qismən yüngül sənaye və s.), kənd təsərrüfatı üçün maşın və avadanlıq istehsal edən sahələr, əsaslı tikinti sektoru daxildir.
Coğrafiya terminləri lüğəti