İnsanların fəaliyyəti nəticəsində yaranan, ətraf mühitə və canlı aləmə təsir göstərən amillər.
Bu təsir təsadüfən, yaxud düşünülmüş şəkildə baş verir. A.A. fiziki (şumlama, zərbə və s.), kimyəvi (dərmanlama, qazlaşdırma və s.), bioloji (bakteriyalar yayma, yeni növlər yetişdirmə və s.), sosial (məskunlaşma və s.) xarakterli olur. A.A. təbiətin mühafizəsinə yönəldilə, yaxud onun çirkləndirilməsinə səbəb ola bilər.
Coğrafiya terminləri lüğəti