Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

antireklam

yun. anti – əleyhinə + lat. ­rec­lamo – qışqırıram

1. Alıcını cəlb et­mə­yən, əksinə, özündən uzaqlaşdıran rek­lam.

Belə effektin ya­ran­masına reklam isteh­salçısının buraxdığı səhvlər, reklam mət­ninin bayağılığı və s. səbəb ola bilər. A. çox vaxt gülüş və satira obyektinə çev­rilir.

2. Satılan məhsulun üzərində onun ətraf mü­hitə, sağlamlığa mümkün mənfi təsiri ba­rədə xəbərdarlıq nişanı, həmçinin belə məh­sulun reklamında bu haqda əla­və elan.

Siqaret qutularında «Siqaret çək­­mək sizin sağ­lam­lığınıza ziyan vurur» yazısı, yaxud alkoqollu içkilərin reklamın­da «Həd­dən artıq alkoqol qəbul etmək sağ­lam­lığınıza ziyandır» elanları A.-lara mi­saldır.

3. İsteh­lakçının diqqətini aşağı key­fiyyətli məh­sul və xidmətlərə cəlb edən reklam.

Burada əsas məqsəd istehsalçını məh­su­lun keyfiyyətini yüksəltməyə sövq etməkdir.

4. Rəqibi sıradan çıxarmaq məq­sədilə onun imicinə ziyan vuran, mənfi keyfiyyətlərini şişirdən rek­lam.

Etik nor­maların pozuntusu ilə müşayiət olunan belə reklamlardan daha çox siyasətdə, məsələn, seçki kampaniyaları dövründə istifadə olunur.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti