Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ağarmaq [ağarmax] feil

1. Ağ olmaq, ağ rəng almaq. □ Kətan yuyulduqca ağarar.

2. Öz ağlığı ilə nəzərə çarpmaq, görünmək. □ Yaşıllıqlar arasında gölməçələr ağarırdı.

3. Saç və saqqala dən düşmək; çallaşmaq. □ Saçı ağarmaq. Saqqalı ağarmaq.

4. Rəngi getmək, solmaq, bozarmaq. □ Paltar çox yuyulduğundan ağarmışdı.

5. Məcazi mənada: üzünün rəngi qaçmaq (qorxudan). □ Elə qorxmuşdu ki, rəngi tamam ağarmışdı.

Həmçinin bax:

frazeologizm: dabanları ağarmaq frazeologizm: dan yeri ağarmaq frazeologizm: gözləri ağara qalmaq frazeologizm: itə atsan, gözü ağarar Azərbaycan dilinin izahlı lüğəti