Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ağırlaşmaq [ağırraşmax] feil 

1. Daha ağır olmaq; yükü, çəkisi çoxalmaq. □ Kisə elə ağırlaşmışdı ki, yerindən tərpətmək mümkün deyildi.
2. Çətinləşmək, pisləşmək,daha əziyyətli, məşəqqətli, əzablı, dözülməz olmaq. □ Şəhərdən kəndə köçəndən sonra onun həyatı daha da ağırlaşdı.
3. Məcazi mənada: pisləşmək, şiddətlənmək, bərkimək, artmaq, qorxulu bir vəziyyət almaq. □ Halı get-gedə ağırlaşırdı.
4. Kəsifləşmək, dözülməz bir hala gəlmək, pisləşmək. □ Evin havası ağırlaşmışdı.
5. Qoxumağa, pis iy verməyə, xarab olmağa başlamaq, pozulmaq. □ İstinin təsirindən ət ağırlaşmışdı.
6. Tənbəlləşmək, hərəkət edə bilməmək. □ Yemək yeyən kimi ağırlaşıram.
7. Hamilə olmaq, ikicanlı olmaq.
8. Daha ciddi olmaq, təmkinli olmaq. □ İnsanlar yaşa dolduqca ağırlaşırlar.
9. Eşitmə qabiliyyəti azalmaq. □ Yaşı artdıqca qulağı get-gedə ağırlaşırdı.

Azərbaycan dilinin izahlı lüğəti