ibrani. zemfira sözü dilimizdə nəğmə, şərqi, mahnı anlamındadır.
Lakin bəzi lüğətlərdə Zemfira sözünün yunan mənşəli sapperios sözündən olub, dilimizdə qiymətli daş olan sapfir (göy rəngli yaqut) qaşının adından olması barədə məlumatlara da rast gəlirik. Adın təhrif olunmuş Zenfira forması da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir. XX əsrin sonlarına qədər Azərbaycanda çox geniş yayılmış qadın adlarından olmuşdur. Bu gün də orta və yaşlı nəslin nümayəndələri arasında Zemfira adının daşıyıcılarına kifayət qədər rast gəlmək olar.
Azərbaycan şəxs adlarının izahlı lüğəti