Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

 

XAQAN türk.

kaan/kağan sözündəndir. Kaan/kağan sözünün ərəb və fars dillərinin tələffüzünə uyğunlaşdırılmış forması hakan/xaqan qədim türk və monqol hökmdarlarına verilən titullardandır.

Tarixdən də məlum olduğu kimi, türk dövlətlərində şanyu, tanhu, kağan, xaqan, xan, yabgu, idi-kut,iltəbər və s. kimi titullar daşıyan hökmdarlar dövlət təşkilatının ən üst pilləsində yer tuturdular. Azərbaycan antroponimikasında tituldan yaranmış şəxs adları sırasında olan Xaqan kişi adı xan, xanlar xanı, şahənşah, hökmdar anlamlarındadır. Tarixin müəyyən dövrlərində Osmanlı sultanlarına müraciət forması olmuşdur. Bir də imperator mənası vardır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti