Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

XALİQ ərəb.

xaliq sözündən olub, dilimizdə xəlq edən, yaradıcı, yaradan, Tanrı, Allah anlamındadır.

İslam dinində əl-Xaliq Allahın məlum 99 adından olub, yaratmaq, yaradan sözü yalnız uca Tanrıya məxsusdur anlamındadır. Xaliq kişi adı sonradan dilimizin ahəng qanununa uyğun dəyişmiş, Xalıq kimi tələffüz edilmiş, sonradan yazıda da Xalıq kimi işlənmişdir. Azərbaycanda, əsasən, Xalıq formasında olsa da, Xaliq adının daşıyıcıları da kifayət qədərdir. Hər iki ad XX əsrdə olduğu kimi, bu gün də məişətimizdə geniş yayılmış kişi adlarındandır. Adın daşıyıcılarından filoloq, ədəbiyyatşünas alim, çalışdığı Moskva Dövlət Universitetinin Əməkdar professoru fəxri adını daşıyan Xalıq Koroğlu (1919-2002) Beynəlxalq Türk Akademiyasının üzvü, əl-Buxari adına beynəlxalq mükafatın laureatı olmuşdur. 150-dən artıq elmi əsərin müəllifi Xalıq Koroğlunun “Quran” və “İncil” əsasında, şamançılıqdan İslama qədər (altı dindən) bəhs etdiyi “Ruhani mədəniyyət və bədii ədəbiyyat” mühazirələr silsiləsi dinləyicilərdə xüsusi maraq yaratmışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti